Nəcməddin Sadıkov müşavirə keçirdi

Nəcməddin Sadıkov müşavirə keçirdi
Komanda-qərargah hərb oyunları başa çatıb

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov komanda-qərargah hərb oyunlarının (KQHO) yekunlarına dair müşavirə keçirib.

Baş Qərargah rəisi nəticələri təhlil edərək bildirib ki, müxtəlif qoşun əməliyyatlarında qərargahların, idarəetmə məntəqələrinin qarşılıqlı fəaliyyətinin yoxlanılması və təkmilləşdirilməsi uğurla yerinə yetirilib.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən general-polkovnik N.Sadıkov qeyd edib ki, Müdafiə nazirinin göstərişinə əsasən komanda-qərargah hərb oyunlarında əsas diqqət ən yeni, o cümlədən kosmik texnologiyaların istifadəsinə yönəldilib və ilk dəfə qoşunların idarə olunmasında avtomatlaşdırılmış sistemlər tam həcmdə tətbiq olunub.

Baş Qərargah rəisi bildirib ki, hərb oyunlarında qoşunların qarşılıqlı fəaliyyətinin təşkilində qarşıya qoyulmuş bütün məqsədlərə nail olunub, tapşırıqların yerinə yetirilməsində şəxsi heyət yüksək bilik, vərdiş, bacarıq və peşəkarlıq nümayiş etdirib.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə