Tramp Administrasiyasından Gülən açıqlaması

Tramp Administrasiyasından Gülən açıqlaması
Bu barədə “NBC News” telekanalı məlumat yayıb

Tramp Administrasiyası Federal Təhqiqat Bürosu, Daxili İşlər və Ədliyyə Nazirliklərinə Fətullah Gülənin Türkiyəyə təhvil verilməsinin qanuni yollarının tapılması üçün göstəriş verib.

Bu barədə Türkiyə mətbuatı “NBC News”-a istinadən məlumat yayıb.

Mənbə qeyd edir ki, Tramp Administrasiyası Türkiyədə dövlət çevrilişi cəhdində ittiham edilmiş və barəsində qiyabi həbs qərarı verilmiş Gülənin ekstradisiyası fikrinə Səudiyyəli jurnalist Cemal Kaşıkçının qətlindən sonra baş vermiş hadisələr fonunda gəlib.

Məlumata görə, Tramp administrasiyası və Türkiyə tərəfi Gülənin Türkiyəyə ekstradisiyası baş tutmayacağı təqdirdə onun Cənubi Afrika Respublikasına göndərilməsi barədə danışıqlar da aparıblar. Sonuncu varianta əl atılarsa, mənbə iddia edir ki, bu addımı Fətullah Gülənin şəxsi istəyi ilə atdığı vurğulanacaq.

“NBC News”un xəbərində qeyd olunur ki, ABŞ-ın Güləni ekstradisiya etmək qərarının əsas səbəbi Kaşıkçı cinayətindən sonra Türkiyənin Səudiyyə Ərəbistanına təzyiqlərini yumşaltmaq istəyidir.

Qeyd edək ki, Tramp adminstrasiyası Fətullah Gülənin ekstradisyası ilə bağlı məsələni ilk dəfə 2017-ci ildə nəzərdən keçirib.

Fətullah Gülən 1990-cı illərdən ABŞ-ın Pensilvaniya ştatında yaşayır.

Digər xəbərlər
Bu gün
Dünən
08 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə