Abel Məhərrəmovun vəzifədən azad olunmasının səbəbləri (VİDEO)

Abel Məhərrəmovun vəzifədən azad olunmasının səbəbləri (VİDEO)

Prezident İlham Əliyev BDU rektorunun vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamda qeyd edilir ki, Abel Məmmədəli oğlu Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsin.

Abel Məhərrəmovun vəzifədən azad edilməsinin səbəbləri ilə bağlı bəzi kütləvi informasiya vasitələrində məlumat yayılıb.
Xəbər verdiyimiz kimi, noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti dini tolerantlıq mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçünxüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə olub. 

Musavat.com-un yaydığı məlumata görə, nümayəndə heyətinin tərkibində olan şəxslərdən birinin verdiyi məlumata görə, əvvəlcə, Airbus-319A təyyarəsi ilə uçmağa hazırlaşan nümayəndə heyəti öz yerini tutduqdan sonra təyyarə 2 saata qədər havaya qalxa bilməyib. Buna səbəb isə nümayəndə heyətinin tərkibində yer alan BDU-nun rektoru, akademik Abel Məhərrəmovun 2 tonluq baqajı olub. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur olublar. Yalnız A.Məhərrrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfir işləyən oğluna məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilib. Rektorun--- nümayəndə heyətinə və özünə yaratdığı problemlər bununla bitməyib. 

Musavat.com-un məlumatında görə, Abel Məhərrəmovun vəzifədən azad olunmasının bir səbəbi də Madridin “Eurostar Madrid” otelində sərxoş vəziyyətdə vaxt saldığı dava-dalaşdır. SAYTIN Əldə etdiyi məlumata görə, akademik bəziləri ilə “haqq-hesab çürütmək” fikrinə düşüb. “Haqq-hesab” o qədər səs-küylü və aqressiv olub ki, nəinki restoran və oteldəkilər narajhat olub, hətta otelin təhlükəsizlik xidmətinin əməkdaşları, sonradan isə ispan polisi işə qarışmalı olub.

KİV-ın məlumatina görə, rektorun dava-dalaş salmasına Azərbaycanın İspaniyadakı səfiri, akademikin oğlu Anar Məhərrəmovla beynəlxalq konfransın təşkilatçılarından biri Evsen fondunun prezidenti Əli Evsen arasında baş verən mübahisə səbəb olub. Rektorun fikrincə, Əli Evsen ona və oğluna lazımi diqqət göstərməyib. Rektor iş adamını qolları qandallı Azərbaycana apara biləcək qədər səlahiyyət sahibi olduğunu deməklə Əli Evseni təhdid edib. Yeni Müsavatın istinad mənbəyinə görə, A.Məhərrəmov hətta şeyxin gecəyarı nömrədən çıxaraq qudasına “tərbiyə” verməsi” tələbi ilə restorana gəlməsinə nail olub. Bütün bunlar isə Azərbaycanın da təşkilatçı olduğu mötəbər toplantının, o cümlədən Azərbaycann nümayəndə heyətinin imicini risk altında qoyub. Tədbir başa çatandan və nümayəndə heyəti Bakıya qayıdandan sonra Madriddə baş vermiş xoşagəlməz hadisə yüksək səviyyədə müzakirə edilib. Nəticədə isə Przident rektoru öz vəzifəsindən kənarlaşdırılıb. Qeyd edək ki, dövlət başçısı dəfələrlə məmurlardan öz ictimai mövqeyinə, daşıdığı yüksək vəzifəyə hörmətlə yanaşmağı, təvazökarlıq etməyi tələb etmişdui. Abel Məhərrəmovun aqibəti İlham Əliyevin prinsipaiallığının daha bir sübutu oldu.

Digər xəbərlər
Dünən
14 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə