Girov götürülən 11 iranlı hərbçinin 5-i azad edildi

Girov götürülən 11 iranlı hərbçinin 5-i azad edildi
Hadisə oktyabrın 15-də İranın Pakistan ilə sərhədində baş vermişdi

İran-Pakistan sərhədində girov götürülən iranlı hərbçilərin bəziləri geri qaytarılıb. Hadisə Sistan-Bəlucistan bölgəsində baş verib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Əli Cəfərinin sözlərinə görə, mühafizə xidmətini yerinə yetirərkən girov götürülərək Pakistan ərazisinə aparılmış 11 sərhədçidən 5-i dünən azad edilərək İrana qaytarılıb.

Onun sözlərinə görə, girov götürülən sərhədçilərdən 5-i Pakistan tərəfi ilə aparılan danışıqlar və həyata keçirilən əməliyyatlar nəticəsində sərbəst buraxılıb. General qeyd edib ki, girovluqda qalan digər 6 sərhədçinin də azad edilməsi üçün tədbirlər görülür.

Xatırladaq ki, oktyabrın 15-də İranın Pakistan ilə sərhədində yerləşən Sistan-Bəlucistan bölgəsində 11 sərhədçi naməlum silahlılar tərəfindən girov götürülərək Pakistan ərazisinə aparılmışdı. İran mətbuatının yazdığına görə, sərhədçiləri “Ceyşul-Ədl” adlı terror qruplaşması girov götürüb.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə