O səs sənindir, bu səs də mənim (VİDEO)

O səs sənindir, bu səs də mənim (VİDEO)
Milli Məclisdə deputat intizamı ilə bağlı müzakirələr mübahisə yaratdı

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişikliyin müzakirəsi deputatlar arasında fikir ayrılığı və mübahisələrlə keçdi.

Mübahisəyə əsas səbəb deputatlar arasındakı davamiyyətsizlik, onların bir-birinin əvəzinə səs verməsinin inzibati məsuliyyətə səbəb olması ilə bağlı müddəalar oldu.

Millət vəkili Çingiz Qənizadə iclasların birinci hissəsində iştirak edən və fasilədən sonrakı hissəyə gəlməyən deputatlar haqqında sərt danışdı və həmkarı İlham Əliyevin cavabı da sərt oldu.

Digər deputatlar da iclaslara gəlməyən, eləcə də, başqasının əvəzinə səs verən həmkarlarının hərəkətlərini pislədilər.

Spiker Oqtay Əsədov isə dedi ki, plenar islasların birinci hissəsində iştirak edənlərin 30 faizi ikinci hissədə olmur. Milli Məclisin sədri bildirdi ki, deputatların qeydiyyatının ikinci hissədə də keçirilməsi barədə təkliflərə baxılacağını istisna etmədi.

Digər xəbərlər
Bu gün
Dünən
08 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə