Cemal Kaşıkçını öldürənlərə edam cəzası

Cemal Kaşıkçını öldürənlərə edam cəzası
Bu təbəblə Səudiyyə Ərəbistanının Baş prokurorluğu çıxış edəcək

Səudiyyə Ərəbistanının Baş prokurorluğu jurnalist Camal Kaşıkçının qətlində təqsirkar olanlara ölüm cəzası tələb edəcək.

Bu barədə baş prokurorluğun rəsmi nümayəndəsi Şalyan əş-Şalyan Ər-Riyadda keçirilən mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, prokurorluq Camal Kaşıkçının öldürülməsi əmrini verən və əmri icra edən 5 müttəhim üçün edam cəzası tələb edəcəyik. Cinayət işi ilə əlaqədar hələlik 11 nəfərə ittiham irəli sürülüb, ümumilikdə isə təhqiqat çərçivəsində 21 nəfər saxlanılıb.

Baş prokurorluq vəliəhd şahzadə Məhəmməd bin Salmanın vəzifədən kənarlaşdırılan sabiq müşaviri Səud əl-Qahtaninin ölkədən çıxmasına qadağa qoyulduğunu da bildirib.

Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də nikahla bağlı sənədlər almaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin konsulluqda yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də, sonradan cinayətin planlı şəkildə törədildiyini, cəsədin isə hissələrə bölünərək diplomatik nümayəndəlikdən çıxarıldığını təsdiqləmişdi.

Digər xəbərlər
Dünən
14 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə