BDU-da ilk dərs günü - O tarixdən 99 il ötür (VİDEO)

BDU-da ilk dərs günü - O tarixdən 99 il ötür (VİDEO)

Bu gün Bakı Dövlət Universitetində ilk dərs gününün 99 ili tamam olur.

Bəli, 1919-cu il noyabrın bu günü hansı ki, şənbə gününə təsadüf etmişdi, Bakı Dövlət Universitetində birinci dərs günü elan edilib. İki gün sonra - noyabrın 17-də “Azərbaycan” qəzetində “Darülfünunun açılması” adlı məqalədə Məmmədağa Şahtaxtlı belə yazırdı. "Darülfünun olmazsa, ümumi maarifə aid orta məktəblərimizdə dərs verəcək müəllimlərimiz olmaz. Naxoşlarımızı müalicə edəcək təbiblər yetişməz. Hüquqşünas alimlər bulamayız ki, mal və mülk üçün münaqişə edən vətəndaşlarımızı mühakimə etsin. Darülfünundan əl çəkmək mədəni həyatdan rugərdan olmaqdır".

1919-cu il sentyabrın 1-də müstəqil Azərbaycan ilk universitetin açılması haqqında qanun qəbul etdi. «Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında» adlanan qanunda universitetin dörd fakültədən ibarət olması göstərilirdi: Şərq şöbəsi ilə birlikdə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri. Qanunun onuncu maddəsində deyilirdi ki, Bakı şəhərində Dövlət Universiteti 1919-cu il sentyabrın 1-dən açılmış hesab olunur. İctimaiyyətin narahatlığını nəzərə alaraq qanun bütün fakültələrdə türk dilini məcburi fən kimi dəstəkləyirdi. Amma rəhbərlik milli kadrlardan deyildi. Rektor Operativ cərrahiyyə kafedrasının əməkdar professoru V.İ.Razumovski seçilir. 

O vaxtdan arada cəmi bir neçə il fasiləni nəzərə almasaq, Bakı Dövlət Universiteti fəaliyyətdədir. BU gün bu universitetdə 22 minə qədər tələbə təhsiıl alır. Onlardan 500-dən çoxu əcnəbi tələbələrdir. universitetin 17 fakültə, 127 kafedra, 2 Elmi-Tədqiqat İnstitutu, 3 Elmi-Tədqiqat Mərkəzi, 1 Elmi-Tədqiqat Hissəsi və 24 Elmi Tədqiqat Laboratoriyalarında 3041 nəfər əməkdaş çalışır. Son 8 ildə. 8, 5 milyon dollar beynəlzalq qrant layihəsi işlənib.Univrsitet bolonya təhsil sisteminə qoşulub, kompyuter texnologiyasının tətbiqi sahəsində böyük işlər görülüb. Ayrıca İnformasiya Texnologiyaları Mərkəzi, bütün fakültələrdə isə hər birində onlarla kompyuter olmaqla, 20 elmi-tədqiqat sinfi yaradılıb. 

Hər halda qurucuları bu gününü görsəydi, qətiyyən məyus olmazdı. Təbriklər 99 yaşlı gənc...Nə yaxşı Azərbaycanın ali təhsil ocaqalrının flaqmanı olaraq qalırsan. Və nə yaxşı ki sənin yetirmənik...

Digər xəbərlər
Bu gün
Dünən
08 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə