Yarımadanın adalı qonaqları - Statistika xeyrimizədir

Yarımadanın adalı qonaqları - Statistika xeyrimizədir

Millətlər Liqasının qrup mərhələsində son ev oyununu keçirəcək Azərbaycan millisi Farer adaları ilə qarşılaşacaq. Noyabrın 17-də keçiriləcək görüş iki komanda arasında 3-cü duel olacaq.

REAL-ın məlumatına görə, seçməmiz Farer adaları ilə indiyədək 2 oyunda üz-üzə gəlib. 

Bu rəqiblər ilk dəfə 1996-cı il fevralın 27-də Kiprin Larnaka şəhərində qarşılaşıb. Yığmamız tarixində ilk böyükhesablı qələbəsini də həmin gün qazanıb.
Kazbek Tuayevin baş məşqçisi olduğu komanda rəqibini 3:0 hesabı ilə üstələyib. Yığmanın heyətində millimizin indiki baş məşqçisi Qurban Qurbanov 30-cu dəqiqədə 3-cü qolu vuraraq darmadağını rəsmiləşdirib. Bunadək isə Vyaçeslav Lıçkin və Yunis Hüseynov rəqib qapısına yol tapıb. 

Azərbaycan və Farer adaları bu il oktyabrın 11-də ilk dəfə rəsmi matçda görüşüb. Torshavn şəhərindəki duel yenə 3:0 hesabı ilə başa çatıb.

Millimizin heyətində dubl edən Riçard Almeyda 28-ci və 86-cı dəqiqələrdə fərqlənib. Dmitri Nazarov isə 68-ci dəqiqədə adını tabloya yazdırıb. 

Bu görüş isə millinin səfərdəki ilk böyükhesablı qələbəsi olub. Bir sözlə, yığmamız həm ümumilikdə ilk, həm də səfərdə ilk belə qələbəni eyni rəqiblə matçlarda qazanıb.

Digər xəbərlər
Bu gün
Dünən
08 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə