Gürcüstanda prezident seçkilərinin ikinci turunun tarixi elan olundu

Gürcüstanda prezident seçkilərinin ikinci turunun tarixi elan olundu

Gürcüstanda prezident seçkilərinin ikinci turu noyabrın 28–də keçiriləcək.

Bu barədə qərar Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) noyabrın 14-də keçirilmiş iclasında qəbul olunub.

Oktyabrın 28-də keçirilmiş birinci turda müstəqil namizəd, hakim “Gürcü Arzusu -Demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili səslərin 38,66 faizini, müxalifətin yaratdığı “Güc birlikdədir” təşkilatının namizədi Qriqol Vaşadze isə 37,7 faiz səs toplayıblar.

Gürcüstan qanunvericiliyinə görə, ikinci turda sadə səs çoxluğu ilə qalib gələn namizəd prezident seçiləcək.

Digər xəbərlər
Bu gün
Dünən
08 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə