Kartof yükündə külli miqdarda pirotexniki vasitə tapıldı (VİDEO, FOTO)

Kartof yükündə külli miqdarda pirotexniki vasitə tapıldı (VİDEO, FOTO)
Məhsul Gürcüstandan ölkəmizə gətirilirdi

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə daxil olmuş məlumat əsasında külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən REAL-a verilən məlumata görə, Gürcüstandan ölkəmizə kartof yükü gətirən Azərbaycan vətəndaşı Sətdərov Sətdar Əlisahib oğlunun idarə etdiyi DAF markalı, 99 DJ 787 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin 99 ZC 556 nömrəli yarımqoşqusuna Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı yarımqoşqunun içərisindən 508 qutuda qablaşdırılan 11536 ədəd fişəng və 5 milyon 845 min ədəd müxtəlif markalı pirotexniki vasitələr aşkar edilib.

Qeyd edək ki, gömrük orqanına yazılı və ya şifahi şəkildə bəyan olunmayan pirotexniki vasitələr yarımqoşqunun ön və arxa hissəsinə kartof yükü yerləşdirilməklə gömrük nəzarətindən gizlədilməyə çalışılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün
Dünən
08 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə