FHN-dən elektrik stansiyasındakı yanğınla bağlı açıqlama (VİDEO, FOTO, YENİLƏNİB)

FHN-dən elektrik stansiyasındakı yanğınla bağlı açıqlama (VİDEO, FOTO, YENİLƏNİB)
Kəmaləddin Heydərov hadisə yerində olub

Fövqəladə Hallar Nazirliyi (FHN) Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yayıb.

REAL-ın FHN-nin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsində yerləşən Şimal Elektrik Stansiyasının ərazisində ehtiyatda olan transformatorda yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb olunub.

Həyata keçirilmiş operativ tədbirlər nəticəsində yanğın söndürülüb.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri baş vermiş yanğınla əlaqədar hadisə yerinə gəliblər.​

 


***18:09

Bakının Xəzər rayonu ərazisi, Şüvəlan qəsəbəsində yerləşən “Şimal” Elektrik Stansiyasında yanğın baş verib.

Bu barədə REAL-a “Azərenerji”nin mətbuat katibi Yəhya Babanlı məlumat verib.
Onun sözlərinə görə, “Şimal” elektrik stansiyasında ehtiyat transformatorda yanğın baş verib.

“Yanğın artıq lokallaşdırılıb. Baş vermiş hadisənin nə elektrik stansiyasının, nə də ümumi sistemin fəaliyyətinə təsiri olmayıb. Hazırda stansiya stabil və dayanqlı şəkildə fəaliyyətini davam etdirir”, - deyə Yəhya Babanlı bildirib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və "Azərenerji"nin rəhbəri Balababa Rzayev yanğın baş verən Şimal Elektrik Stansiyasına gediblər.

Digər xəbərlər
Bu gün
Dünən
08 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə