Kaşıkçı cinayətinin səs yazısını dinləyən kəşfiyyatçı şoka düşdü

Kaşıkçı cinayətinin səs yazısını dinləyən kəşfiyyatçı şoka düşdü
Türkiyə Camal Kaşıkçı cinayətinin səs yazısını altı ölkə ilə paylaşıb

Türkiyənin hakimiyyət orqanları jurnalist Camal Kaşıkçının qətlə yetirilməsinin əks olunduğu səs yazısını altı ölkəyə təqdim edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu faktı Parisdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlayıb.

Ərdoğan bu səs yazısının onu dinləmək istəyənlərin hamısına təqdim olunduğunu deyib: “Bizim kəşfiyyat təşkilatımız heç nəyi gizlətmir. Səudiyyə Ərəbistanı ilə yanaşı, səs yazısını ABŞ, Fransa, Kanada, Almaniya və Böyük Britaniya dinləyib. Lentin məzmunu əsl faciədir. Hətta Səudiyyə Ərəbistanı kəşfiyyatının zabiti onu dinləyərkən şoka düşüb”.

Prezident, həmçinin bildirib ki, Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Muacibin təhqiqata maneçilik törətməsinə baxmayaraq, Türkiyə səudiyyə tərəfinin bu cinayətə nə vaxt işıq salacağını səbirlə gözləyir. Ərdoğan əlavə edib ki, cinayətlə əlaqəsi olanlar jurnalistin öldürüldüyü gün İstanbula göndərilmiş 18 yüksəkvəzifəli məmurun arasındadır. “Şübhəsiz ki, bu 18 nəfərin arasında cinayətkarlar var. Daha kim? Əmri verən. İcraçılarla yanaşı, onlara əmr verəni də müəyyənləşdirmək lazımdır”, - Türkiyə Prezidenti belə deyib. O qeyd edib ki, Türkiyə bu işləri izləməkdə və Ər-Riyada Kaşıkçının cəsədinin harada olduğu barədə suallar verməkdə davam edəcək.

Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin diplomatik missiyada yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də, sonradan cinayətin planlı şəkildə törədildiyini etiraf edib.

Digər xəbərlər
Bu gün
Dünən
08 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə