“Brent”in qiyməti 68 dollara düşdü

“Brent”in qiyməti 68 dollara düşdü

“Brent” markalı neftin bir barrelinin qiyməti son 8 ayın minimumuna enib.

“Brent”in bir barrelinin qiyməti Londonun ICE birjasında 68,58 dollara düşərək cari ilin martından indiyədək ən aşağı səviyyəyə geriləyib. Nyu-Yorkun NYMEX birjasında isə “Light” neftinin bir barrelinin qiyməti 58,54 dollara enib.

Ekspertlərin fikrincə, “qara qızıl”ın qiyməti Səudiyyə Ərəbistanının dekabrda neft ixracını 500 min barrel azaldacağını açıqlaması, OPEC-in gələn il üçün hasilatını yenidən aşağı salmağı nəzərdən keçirdiyinə dair xəbərlərin yayılması və ABŞ-ın buna reaksiyası fonunda ucuzlaşır. Həmçinin qlobal iqtisadiyyata dair mənfi gözləntilər və ABŞ-ın İrana qarşı sanksiyalarda 8 ölkəyə güzəştə getməsindən sonra bazarda tədarükün çoxalması da neftin qiymətinin aşağı istiqamətli dəyişməsinə təsir edən əsas faktorlardır.

Digər xəbərlər
Bu gün
Dünən
08 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə