Ən dəhşətli meşə yanğınları - 42 ölü

Ən dəhşətli meşə yanğınları - 42 ölü

Amerikanın Kaliforniya ştatında baş verən meşə yanğınları ştat tarixinə ən dəhşətli meşə yanğınları kimi düşüb.

REAL-ın məlumatına görə, meşə yanğınları nəticəsində ölənlərin sayı 42-ə çatıb, 200dən çox insan itkin hesab olunur.

Qeyd edək ki, ştatın, əsasən, şimal və cənub bölgəsini əhatə edən yanğınlar 840 kvadrat kilometrdən çox ərazini külə çevirib.

Ümumilikdə, 7000-dən çox tikili yanaraq məhv olub. 250 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Hazırda yanğınlar davam edir. Alov Los Anceles əyalətinin qərb bölgəsinə yayılıb.

Yanğınsöndürənlər yanğını lokallaşdırmaq üçün fəaliyyətlərinin davam etdirirlər.

Alovla 8 mindən çox yanğınsöndürən mübarizə aparır.

Digər xəbərlər
Bu gün
Dünən
08 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə