140 ölkə arasında 7-ci

140 ölkə arasında 7-ci

Karate üzrə dünya çempionatı başa çatıb. 

Karate üzrə yığma komandamız İspaniyanın paytaxtı Madriddə keçirilmiş dünya çempionatını 3 medalla başa vurub.Təmsilçilərimizdən İrina Zaretska 68 kiloqramda çempionluğu bayram edib.

5 qat dünya çempionu Rafael Ağayev 75 kq-da bürünc medal qazanıb. Kişilərdən ibarət millimiz isə yaponiyalı idmançılarla bürünc medal uğrunda həlledici görüşü 2:2 hesabı ilə başa vursa da, 4 xal fərqi ilə geridə olduğu üçün mükafatlara iddiasını itirib.

Bununla da yığmamız komanda hesabında 140 ölkə arasında 7-ci pillədə qərarlaşıb. Ümumiyyətlə Dünya çempionatının iştirakçıları arasında 27 ölkənin təmsilçiləri fəxri kürsüyə qalxmağı bacarıb. Karateçilərimiz bu nəticə ilə həm dünya reytinq cədvəlində irəliləyib, həm də Tokio Olimpiadasına lisenziya verən reytinq xalları qazanıb. Daha bir idmançımız Sahib Əhədov para-karate üzrə dünya çempionatının finalına yüksəlsə də, yapon rəqibindən 0,9 xal geri qalaraq gümüş medala layiq görülüb.

Bu yarışda isə Azərbaycan 33 ölkə arasında 8-ci nəticəni göstərib.

Digər xəbərlər
Bu gün
Dünən
08 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə