“Əsas məqsədimiz məhsul bolluğunun yaranmasına nail olmaqdır” - Nazir müavini

“Əsas məqsədimiz məhsul bolluğunun yaranmasına nail olmaqdır” - Nazir müavini

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Caspian Ecology” sərgisinə həsr olunan konfransı olub.

REAL-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev konfrans barədə məlumat verib.

Nazir müavini bildirib ki, Xəzərin iqlim faktorları, kimyəvi-biloji çirklənməsi və digər amillər onun bioresurslarının tükənməsində mühüm rol oynayıb: "Sərgiyə həsr olunan konfransın keçirilməsində məqsəd bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq olunmasıdır. Eyni zamanda ən mühüm amillər qanunsuz balıq ovuna qarşı mübarizədə ən qabaqcıl təcrübənin öyrənilməsi və onun tətbiq edilməsidir. Balıqçılıq haqqında qanun 2014-cü ildə qəbul edilib. Sonradan 2017-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Akvakulturanın inkişafı ilə əlaqədar yeni qaydalar hazırlanıb. Bizim əsas məqsədimiz akvakulturanı inkişaf etdirmək və məhsul bolluğunun yaranmasına nail olmaqdır".

Digər xəbərlər
Bu gün
Dünən
08 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə