Azərbaycan idmançısına 4 illik cəza

Azərbaycan idmançısına 4 illik cəza

Orqanizmində qadağan olunmuş preparat aşkarlanan Azərbaycan ağırlıqqaldıranı Anastasiya İbrahimlinin cəza müddəti açıqlanıb.

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının məlumatına görə, 25 yaşlı Qazaxıstan əsilli atlet 4 il müddətinə diskvalifikasiya olunub. Orqanizmində xlorometiltestosteron (turinabol) maddəsi tapılan A.İbrahimlinin cəzası 14 avqust 2017-ci ildən qüvvəyə minib. 

Qeyd edək ki, Anastasiya İbrahimli “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında 69 kq çəki dərəcəsində iki hərəkətin cəmində 219 kq (birdən 100 kq, təkanla 119 kq) nəticə ilə qızıl medal qazanıb. O həmçinin 2015-ci ildə 23 yaşadək ağırlıqqaldıranlar arasında Avropa çempionu olub. Atlet İslamiadadan sonra cəzalanacağını bilərək karyerasını başa vurub.

Digər xəbərlər
Bu gün
Dünən
08 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə