"Qarabağ" səfərdə "Qəbələ"ni məğlub etdi

"Qarabağ" futbol klubu Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində "Qəbələ" komandası üzərində qələbə qazanıb.

Qəbələdə keçirilən oyun 1:3 hesabı ilə yekunlaşıb.

Oyunda hesabı 33-cü dəqiqədə "Qəbələ"nin oyunçusu Ceyms Adeniyi açıb. 47-ci dəqiqədə İnosent Emeqara hesaba tarazlıq gətirib.

Oyunun ikinci hissəsinin 47-ci dəqiqəsində Miçel, 69-cu dəqiqəsində isə Filip Ozobiç fərqləniblər. Beləliklə, oyun 1:3 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatıb.

11 turdan sonra "Qarabağ" 23 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb, "Qəbələ" isə 12 xalla 5-cidir.

Digər xəbərlər
Bu gün
Dünən
08 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə