Daşkənd qran-prisi davam edir - Orucov 3-cü mərhələdə dayandı

Daşkənd qran-prisi davam edir - Orucov 3-cü mərhələdə dayandı

Cüdo üzrə Daşkənd qran prisində bugün 1 həmyerilimiz tatami üzərinə çıxıb. Bakıda təşkil olunmuş dünya çempionatından sonra çəkisini dəyişərək 81 kq kateqoriyasına keçmiş Rüstəm Orucov debütdə Tacikistan idmançısı Cahangir Məcidovu məğlub edib.

REAL-ın məlumatına görə, həmyerlimiz ikinci mərhələdə polşalı Damian Şvarnovetskini üstələyib. 3-cü görüşünü Avstriya bayrağı altında çıxış edən Şamil Borçaşviliyə qarşı keçirən Orucov rəqibinin fəndləri qarşısında aciz qalıb. Bununla da təmsilçimiz qran-pridə mükafat qazanmaq şansını itirib.

Qeyd edək ki, Rüstəm Orucov 73 kiloqram çəki dərəcəsində 1 dəfə Avropa çempionu, 2 dəfə qran-pri qalibi olub. Bununla yanaşı cüdoçu İslam Həmrəylik oyunları və Bakıda keçirilmiş böyük dəbilqə seriyalı turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Daşkən qran-prisində isə hələki yığma komandamızın üzvlərindən təkcə Nicat Şıxəlizadə 66 kiloqram çəki dərəcəsində medal qazanmağa müvəffəq olub.

Digər xəbərlər
Bu gün
Dünən
08 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə