Novak mövsümün zirvəsində

Novak mövsümün zirvəsində
Mövsümün tapıntısı minaur oldu

Mövsümün yekunlarına əsasən Serbiyalı tennisçi Novak Cokoviçə xüsusi mükafat təqdim ediləcək. Peşəkar tennisçilər assosiasiyasının qərarına əsasən ilin qayıdışı nominasiyasında Cokoviç bütün rəqiblərini qabaqlayıb.

İyun ayında ATP reytinqində 22-ci pillədə qərarlaşmış Novak noyabr ayında qədər dünyanın 1 nömrəli raketkası statusunu qaytarıb. O bu müddətdə US Open və Uimbldon daxil olmaqla 4 turnirdə bütün rəqiblərinə qalib gəlib.

Cokoviçin şəxsi məşqçisi Marian Vayda da ilin ən yaxşı məşqçisi adına layiq görülüb. Yunanıstanlı tennisçi Stefanos Tsitsipias karyeraslındakı inkişafa görə assosiasiya tərəfindən qiymətləndiriləcək. Mövsümün tapıntısı isə avstraliyalı Aleks de Minaur hesab olunub. İspaniyalı ulduz Rafael Nadal kort hüdudlarında və ondan kənarda feyr pley qaydalarına riayət etmə və yüksək peşəkarlıq göstərməsinə görə mükafat alacaq.

Müxtəlif nominasiyalar üzrə qaliblər ATP seriyalı turnirlərdə mübarizə aparmış tennisçilərin səsverməsi yolu ilə seçilib. Qeyd edək ki, qaliblərə mükafatlar İngiltərənin paytaxtı Londonda təqdim olunacaq.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə