Üç rəngin düsturu (VİDEO)

Üç rəngin düsturu (VİDEO)
Bayrağımızın formalaşmasında Əli Bəy Hüseynzadənin rolu

9 noyabr Azərbaycanda bayraq günüdür. Deməli bu gün həm də onun günüdür. Əli Bəy Hüseynzadənin. Sadə azərbaycanli Əli Bəy Hüseynzadəni

“Ucundadır dilimin həqiqətin böyüyü 
Nə qoydular deyəyim, nə kəsdilər dilimi”

şerindən tanıyır. Amma onu həm də üçrəngli bayrağımıza öz töhfəsini verən əsl türkçü, əsl ziyalı kimi də tanısın gərək. Kim idi Əli Bəy Hüseynzadə?

1864-cü il Salyanda anadan olmuş, kiçik yaşlarından ailəsi ilə birlikdə Tiflisə köçüb. Tiflis gimnaziyasını bitirmiş, Mirzə Fətəli Axundovun söhbətlərindən faydalanmışdı.

Sonradan təhsilini Peterburq Universitetində davam etdirmişdi, amma bu onun bir türkçü kimi yetişməsinə əngəl olmamışdı. Hələ 1907-ci ildə o “Füyuzat” jurnalında yazırdı.

"Bizə fədai lazımdır! Türk hissiyyatlı, İslam etiqadlı, Avropa qiyafəli fədai!"

Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirilmiş və sonradan "Türkləşmək, islamlaşmaq, müasirləşmək" – Azərbaycançılıq şəklində formulə edilərək təbliğ olunmuşdu.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə