Rusiyaya məlumat ötürən casus polkovnik tutuldu

Rusiyaya məlumat ötürən casus polkovnik tutuldu
Avstriya hökuməti hadisə ilə bağlı açıqlama verib

Avstriyada Rusiya hökumətinə çalışan casus həbs edilib.

Sözügedən şəxs Avstriya silahlı qüvvələrinin sabiq polkovnikidir.

Bu barədə Avstriya kansleri Sebastyan Kurts açıqlama verib.

Sebastyan Kurts fakt öz təsdiqini taparsa, Avropa İttifaqı ilə Rusiya arasında münasibətlərin korlanacağını bildirib.

“Casusluq fəaliyyəti qəbuledilməzdir. Bu cür fəaliyyət mühakimə olunmalıdır”- deyə Sebastyan Kurts əlavə edib.

Müdafiə nazirlirliyinin nümayəndəsi Mixael Bauer “Twitter” səhifəsində faktla bağlı cinayət işinin açıldığını yazıb.

“Hərbi əks-kəşfiyyat şöbəsi beynəlxalq əməkdaşlıq əlaqələri sayəsində casusluq faktının üstünü açıb. Avstriya ordusunun təqaüddə olan zabiti 1990-cı ildən etibarən casusluqla məşğul olub və Rusiyaya məlumat ötürüb”. Mixael Bauer belə deyib.

Qeyd edək ki, vəziyyətlə əlaqədar Avstriyanın xarici işlər naziri Karin Knaysl 2-3 dekabrda Rusiyaya gözlənilən səfərini təxirə salıb və rusiyalı səfiri faktla bağlı izahat verməyə çağırıb.

Rəsmi Moskva hələlik iddialarla bağlı heç bir münasibət bildirməyib.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə