Dünya musiqisində bir ilk (VİDEO)

Dünya musiqisində bir ilk (VİDEO)
Həmyerlimiz ilk dəfə Balaban və Simfonik Orkestr üçün konsert verdi

Amerikanın Kalifornia ştatının Monterey şəhərində dünyada ilk dəfə azərbaycanlı pianoçu, bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadənin Balaban və Simfonik Orkestr üçün bəstələnmiş Konsertin Dünya Premyerası gerçekləşdi.

Azərbaycan kökənli amerikalı dirijor Fərhad Xudiyevin rəhbərliyində, Monterey Gənclik Simfonik Orkestri ilə Balaban ifaçısı, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Nicat Məsimov, Milli zərb alətlərində Azərbaycanın xalq artisti Natiq Şirinov, pianoda isə əsərin müəllifi Abuzər Manafzadənin solistliyində ifa edilən əsər, amerikalı dinləyicilər tərəfindən ayaqda alqışlandı.

"Balaban və Simfonik Orkestr üçün Konsertin" Dünya Premyerası səbəbi ilə Monterey şəhərinin küçələri Azərbaycan bayraqları ilə bəzədilib. Konsertin biletləri tədbirdən bir neçə gün öncə satılıb qurtarıb.

Abuzər Manafzadə, 2013-cü ildə bəstələdiyi bu əsərini Azərbaycan Respublikasının 100 illiyinə ithaf etdiyini və musiqi tariximizdə bir ilkə imza atdığı üçün çox həyəcanlı olduğunu bildirib. Sənət həyatına pianoçu, bəstəkar və dirijor olaraq davam edən gənc musiqiçi, hal hazırda dünyanın ən məşhur musiqi təhsil ocaqlarından olan Vyana Musiqi və Səhnə Sənətləri Universitetində Dirijorluq təhsili alan ilk azərbaycanlıdır. O, eyni zamanda Linz şəhəri Anton Bruckner Universitetində Piano Magistratura təhsilinə davam etməkdədir.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə