Hökumətdən əhaliyə müjdə (VİDEO)

Hökumətdən əhaliyə müjdə (VİDEO)
Sosial müavinətlər əhəmiyyətli dərəcədə artırılacaq

“Azərbaycanda vergi tətbiq olunmasında, sığortanın alınmasında köklü islahatların aparılması gözlənilir”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikası 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinin müzakirəsi zamanı komitə sədri Hadi Rəcəbli deyib

Hadı Rəcəbli onu da dedi ki, qeyri-leqal məşğulluğun sığortaya cəlb edilməsi tendensiyası olacaq. Hətta sahibkarlar üçün sığorta faizlərinin aşağı salınması nəzərdə tutulur.

Onun sözlərinə görə, yeni doğulan uşaqlara təyin edilən birdəfəlik müavinətin həcminin artırılması nəzərdə tutulur.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev sanatoriya-kurort yollayışlarna ayrılan vəsaitin artırılmasını təklif etdi. Onun sözlərinə görə, yollayışlar üçün ayrılan vəsaitin azlığı üzündən sanatoriya və kurortlara gedənlərin sayı da azalır.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev də dedi ki, yeni doğulan uşaqlara görə təyin edilən birdəfəlik müavinətin artırılması nəzərdə tutulur. Sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı Milli Məclisə layihə təqdim ediləcək. Nazir müavini qeyd edib ki, müavinətləri haqqı çatan ailələlər almalıdır. Onun sözlərinə görə, növbəti ildə ehtiyac meyarının artırılması ilə bağlı ünvanlı sosial yardım proqramına 172 milyon manat vəsait sərf ediləcək.

Nazir müavini əlillərin pensiyasının artımı ilə bağlı sualı da cavablandırıb. O, deyib ki, Azərbaycanda pensiya sistemi sığorta prinsiplərinə əsaslanır. Bura əlilliyə, yaşa və ya ailə başçısını itirməyə görə pensiyaya çıxanlar daxildir. Pensiya fərdi şəxsə hesabda toplanılan məbləğdən asılı olaraq təyin edilir:

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov məlumat verdi ki, gələn il Azərbaycanda yaşayış minimumunun 180 manat, ehtiyac meyarının isə 143 manat müəyyən edilməsi təklif olunur. Onun fikrincə, yaşayış minimumunun bu həddə müəyyən edilməsi ölkədəki yoxsulluq səviyyəsinin 5,4 faizdən 5,1 faizə endirilməsinə öz təsirini göstərəcək.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə