Prezident Bakı Metropoliteninin əməkdaşlarını təltif edib - SİYAHI

Prezident Bakı Metropoliteninin əməkdaşlarını təltif edib - SİYAHI

Prezident İlham Əliyev Şaiq Eyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Şaiq Veyis oğlu Eyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Prezidentin digər sərəncamı ilə Bakı Metropoliteninin tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Abdusəmədov Qurban Əli oğlu

Əmrahov Rasim Zeyqəm oğlu

Mehtiyev Rafail Mehti oğlu

Mirzəliyev Əbülfəz Bağman oğlu

Tahirov Xaləddin Şərif oğlu.

Bundan başqa, dövlət başçısının sərəncamı ilə Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Məzahir Əbilşah oğlu Nəbiyevə “Əməkdar mühəndis” fəxri adı verilib.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə