Yeni aeroportdan Bakıya ilk uçuş

Yeni aeroportdan Bakıya ilk uçuş

Türkiyənin İstanbul şəhərindəki ölkənin ən böyük hava limanından Bakıya ilk uçuş həyata keçirilib.

REAL-ın məlumatına görə, Türk Hava Yolları TK 1132 nömrəli təyyarə 09.30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına doğru istiqamətlənib.

Qeyd edək ki, bu, yeni hava limanından ölkə xaricinə ikinci səfərdir.

Yeni hava limanı oktyabrın 29-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və bəzi dövlət və hökumət rəhbərlərinin iştirakı ilə açılıb.

Hava limanından ilk uçuşlar Ankara, İzmir, Antalya və Kirpə olub.

İstanbuldan Bakıya 121 sərnişin gəlib.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə