Baş rolların qəhrəmanı Amaliya Pənahova - VİDEO

Baş rolların qəhrəmanı Amaliya Pənahova - VİDEO

Bu səhər xalq artisti  Amaliya Pənahovanını  vəfatı xəbəri ilə açıldı. Amalya Pənahova bizi uşaqlıqda qərib cinlər diyarına aparan işvəli, qorxulu, maraqlı bir aktrisa idi. Azca böyüdük, sevməyə başladıq, onun kimi sevmək istədik. İlyas Əfəndiyevin tamaşalarının baş qəhrəmanı kimi....

Televiziyamızın ən maraqlı tamaşalarında baş rolları həmişə o oynayardı. 

Hələ kinolardakı rollarını demirəm. Babəki bəlkə də dəmir əzmli edən bu qadının sevgisi idi.

Amalya Pənahova   1945-ci ildə Gəncədə anadan olub.  1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz canalndırıb.  Aktrisa bacarıqlı rejissor kimi də özünü sınayıb.  43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib. 

1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb.   2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.Tamaşaçıların yaddaşında isə o Amalya Pənahova kimi qalacaq. Titrək səsi, gözəl çöhrəsi, ədası, işvəsi ilə...

 

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə