Ronaldinyonun cəmi 13 manatı qalıb

Ronaldinyonun cəmi 13 manatı qalıb
Futbolçunun müflis olduğu barədə xəbərlər yayılıb

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo müflis olub. “Barselona”dakı çıxışı ilə əfsanəyə çevrilən cənubi amerikalının bank hesablarında cəmi 24 real məbləğində pul var. Bu isə 13 manatdan da azdı.

Braziliya prokurorluğu Ronaldinyonun hesablarına həbs qoyub, onun ödəməli olduğu cərimələri çıxartmağa çalışsa da, istəyinə çatmayıb.

Belə ki, sabiq futbolçu qardaşı ilə birlikdə mühafizə olunan ərazidə qanunsuz tikinti işləri apardığı üçün 2 milyon avrodan artıq ödəməlidi. Bu ilin fevralında karyerasını başa vurduğunu açıqlayan sambaçının və qardaşının pasportu əlindən alınmışdı. Buna səbəb onların cərimənin ödəməməsi idi.

Yaxın günlərdə reklam işləri ilə əlaqədar Çin və Yaponiya səfərində olan futbolçunun maliyyə durumunun həqiqətən belə ağır olduğu şübhə doğurur. Braziliya prokurorluğu xeyli vəsaitə malik hesab etdiyi futbol veteranının pullarının izini axtarmaqda davam edir.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə