2019-cu ilin büdcə layihəsi (VİDEO)

2019-cu ilin büdcə layihəsi (VİDEO)
Gələn il ölkədə pensiyanın orta məbləği artırılacaq

2019-cu ilin dövlət büdcəsi zərfi Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə iclasında müzakirə olundu.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, son 10 ildə ölkədə bir sıra sahələrə üzrə xərclər azaldılsa da, sosial sahəyə ayrılan vəsaitlərin məbləği artırılıb və dövlət büdcəsi əhalinin güzəranın yaxşılaşdırılmasına yönəlib.

Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə dedi ki, büdcə layihəsi hazırlanarkən xam neftin satış qiyməti 60 dollar səviyyəsində götürülüb. Onun sözlərinə görə, 2019-cu il dövlət büdcəsinin gəlirləri ÜDM-in 18 faizi həcmində olmaqla, mütləq ifadə ilə 22 milyard 918 milyon manat təşkil edəcək.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verdi ki, Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsi öhdəliklərinin məbləğinin müəyyənləşməsi işinin yekunlaşdırılmaması büdcə vəsaitlərinin proqnozlaşdırılmasının səmərəliliyinə mane olur. Vüqar Gülməmmədov təhsil xərcləri ilə bağlı proqnozlara da toxundu.

Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov onkoloji xəstəliklərdə şiş əleyhinə preparatların alınması üçün vəsaitin artırılmamasından gileylənib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dedi ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərclərinin 95%-dən çoxu əhaliyə ödənişlərdir. Bu ödənişlər vasitəsilə ölkədə pensiyanın orta məbləğinin artırılması və 240 manatı keçməsi planlaşdırılır.
Mədəniyyət naziri Əbülfəs Qarayev dedi ki, mədəniyyət sahəsinə ayırmaların edilməsi, ianələrin verilməsi, sponsorluq qanunvericilik çərçivəsində həll olunmalıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə zorakılıq hallarının aşkarlanması ilə bağlı “Qaynar xət”lər yaradılmalı, eyni zamanda belə şəxslər üçün sığınacaqlar ayrılmasının vacibliyini vurğulayıb.
2019-cu ilin dövlət büdcəsi layihəsinin Milli Məclisin komitələrində müzakirəsi davam etdirilir və növbəti həftə plenar iclasın müzakirəsinə çıxarılması gözlənilir.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə