İcbari tibbi sığorta sisteminə mane olan amillər (VİDEO)

İcbari tibbi sığorta sisteminə mane olan amillər (VİDEO)
İqtisadçı ekspert Vüqar Bayramov İTS sistemini şərh edir

Tibbi xərclərimizin minimuma endirilməsi qaldı 2020-ci ilə. Söhbət icbari tibbi sığorta sistemindən gedir.

Halbuki, ötən il bu sistemin 2019-cu ildə işə düşəcəyi bildirlmişdi. İcbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqinə 2020-ci ildən başlanması xəbərini maliyyə naziri Samir Şərifov açıqlayıb.

Maliyyə naziri gələn il icbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiqi məqsədilə yekun hazırlıq işlərinin həyata keçiriləcəyini bildirib.

Qeyd edim ki, hələ bir neçə gün öncə hesablama palatasının 2019-cu ilin dövlət büdcəsi paketinə həsr etdiyi kollegiya iclasında dövlət büdcəsindən 19 publik hüquqi şəxsə 405.4 milyon manat vəsait ayrıldığı açıqlanmışdı.

Bu məbləğin yarıdan çox hissəi 239,5 milyon manat yəni 51,6 faizi icbari tibbi sığrota agentliyinə ayrılıb. Bəs hansı səbəblərdən bu sistemin işə düşməsi prossesi ləngiyir?

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə