Gələn il ölkədə icbari tibbi sığorta daha geniş vüsət alacaq

Gələn il ölkədə icbari tibbi sığorta daha geniş vüsət alacaq

Qeyri-qanuni məşğulluğun qarşısının alınması ən vacib məsələlərdən biridir.

Bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil və Səhiyyə komitələrinin birgə keçirilən iclasında çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

O qeyd edib ki, DOST sisteminin yaradılması sosial təminat sahəsində böyük dəyişiklliyə səbəb olacaq: "Biz passiv sosial müdafiədən aktiv sosial müdafiə sisteminə keçməliyik".

H.Rəcəbli vurğulayıb ki, gələn il ölkədə icbari tibbi sığorta daha geniş vüsət alacaq:

“Bunun ən əhəmiyyətli tərəflərindən biri həkimlərin əməkhaqlarının artırılmasıdır. Güman edirəm ki, 2020-ci ildə bu məsələ öz həllini tapacaq”. (Trend)

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə