İranın 2.5 milyard dollarlıq itkisi

İranın 2.5 milyard dollarlıq itkisi
İranın neft sektoru hədəfə alınıb

İran ona qarşı tətbiq olunan sanksiyalar nəticəsində 2.5 milyard dollar itirib.

Bunu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo anti-İrana sanksiyalarının qüvvəyə minməsinə münasibət bildirərkən deyib.

“20-dən çox ölkə İrandan xam neft idxalını dayandırıb. May ayından etibarən İran rejimi 2.5 milyard dollar itirib. İrana qarşı sanksiyalar bu ölkənin enerji, bank, dəniz nəqliyyatı və gəmiqayırma sənayelərini əhatə edir. Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra 19 mərhələdə 168 İran şirkətini hədəfə alan sanksiyalar qəbul etmişik. Sonuncu sanksiyalar İranın beynəlxalq iqtisadi məkanda fəaliyyətini sürətlə aşağı salacaq. May ayından etibarən 100-dən çox şirkət İrandan çıxıb və ya bu ölkə ilə olan biznes planını ləğv edib. Əgər hər hansı bir şirkət ABŞ sanksiyalarından yayınmaqla İslam Respublikası ilə ticarət edərsə, Amerika hökuməti o şirkətə qarşı sərt cəzalar, o cümlədən, sanksiyalar tətbiq edəcək”, - Mayk Pompeo deyib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp may ayında İranla əldə olunan nüvə razılaşmasını tərk etdikdən sonra bu ölkəyə qarşı sanksiyalar qəbul edib.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə