Azərbaycan BTİ-nin şurasına üzv seçildi (VİDEO)

Azərbaycan BTİ-nin şurasına üzv seçildi (VİDEO)
Ölkəmiz şurada təmsil olunan 48 ölkədən biridir

Azərbaycan növbəti dəfə Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib. Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına 119 səslə üzv seçilərək, Şurada təmsil olunan 48 ölkədən biri olub.

Qeyd edək ki, Şərqi Avropa və MDB regionundan yalnız Azərbaycan və Rusiya Şuraya üzv seçilib. Respublikamız, eyni zamanda Regional Rabitə Birliyinin tarixində BTİ Şurasına üzv seçilən iki ölkədən biridir.

Məlumat üçün bildirək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının üzvü olan dövlətlərin sayı 193-dür.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə