8 ölkə İrandan neft ala bilər - SİYAHI

8 ölkə İrandan neft ala bilər - SİYAHI
Məhəmməd Cavad Zərif İran rejiminin sarsılmaz olduğunu bəyan edib

Amerika hökuməti 2015-ci ildə İranla nüvə proqramına dair müqavilə bağlamaqla Tehran qarşısında çox sayda tələblər irəli sürdü. Lakin tələblərin əskəriyyətinə nail ola bilmədi.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif parlamentdə ABŞ sanksiyaları ilə bağlı yaranmış vəziyyəti şərh edərkən deyib.

O bildirib ki, Amerika İranla nüvə danışıqlarına girməklə İranın nüvə proqramını dayandırmaq istəyirdi.

“Fordo uran zənginləşdirmə müəssisəsini bağlamağa çalışdı. Lakin Amerikanın bu tələblərə nail olmağa gücü çatmadı. Ötən gün xalqımız rejimi dəstəklədiyini bir daha ifadə etdi və göstərdi ki, ABŞ təbliğatının onların üzərində heç bir təsiri yoxdur. Bu sistem Allahın izni ilə heç bir zaman sarsıla bilməz”, - Məhəmməd Cavad Zərif deyib.

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo növbəti 180 gün ərzində anti-İran sanksiyalarına məruz qalmayacaq 8 ölkənin adını açıqlayıb.

Onların arasında Türkiyə də var. Digər 7 ölkə - Çin, Hindistan, Cənubi Koreya, İtaliya, Yunanıstan, Yaponiya və Tayvandır. Sözügedən ölkələr 180 gün ərzində İrandan neft ala, bu ölkə ilə maliyyə əməliyyatları icra edə bilər.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə