ABŞ-dan genişmiqyaslı sanksiya. İranı nə gözləyir?

ABŞ-dan genişmiqyaslı sanksiya. İranı nə gözləyir?
ABŞ İran banklarına, gəmilərinə və təyyarələrinə sanksiya tətbiq edib

ABŞ-ın İrana qarşı sanksiyaları bazar ertəsindən qüvvəyə minir. Sanksiyalar ölkə iqtisadiyyatının əsasını təşkil edən neft ixracını, gəmi ticarətini və bank sistemini hədəfə alıb.

BBC xəbər verir ki, minlərlə iranlı bazar günü "Amerikaya ölüm!" şüarı altında nümayiş keçirib. Iran prezidenti Hassan Rouhani nefti satmağa və sanksiyaları pozmağa söz verib.

Bildirildiyinə görə, İran hərbisi ölkənin imkanlarını göstərmək üçün hərbi-təlimlər keçirəcək.

Nümayişlər ABŞ-ın Tehrandakı səfirliyinin tutulmasının 39-cu ildönümü münasibətilə həmin ərazidə keçirilib.

ABŞ prezidenti Donald Trump bildirib ki, İrana sanksiyalar "çox güclüdür". O, "bu sanksiyalar nə vaxtsa tətbiq etdiyimizdən daha güclüdür. "Biz İrana nə olduğunu görəcəyik, ancaq yaxşı bir şey olmayacaq, bunu sizə deyə bilərəm", söyləyib.

Xatırladaq ki, Donald Trump mayda 2015-ci il İranla nüvə sazişindən çıxandan sonra Washington sanksiyalar tətbiq edib.

Rəsmi Washington bəyan edib ki, ABŞ Tehranın kiber hücumlar, ballistik raketlərin sınağı, Yaxın Şərqdə radikal qruplara verdiyi dəstək də daxil "düşməncəsinə" fəaliyyətinə son versin.

ABŞ dövlət katibi Mike Pompeo bazar günü Fox News-a deyib ki, onlar İran xalqını müdafiə edirlər, hədəfləri İranın "düşməncəsinə davranışını" dəyişməyə nail olmaqdır.

ABŞ İrana tədricən sanksiyalar tətbiq edirdi, amma ekspertlər deyirlər ki, indiki addımlar daha ciddidir.

Sanskiyaların əhatə dairəsi

700-dən çox şəxs, banklar, neft ixracatçıları, gəmi şirkətləri sanksiya siyahısına düşüb. Rəsmi Vaşinqton İranın Atom Enerjisi Təşkilatına da sanksiyalar tətbiq edib.

Eyni zamanda məhdudiyyətlər İslam Respublikasının milli aviaşirkətindən və Mərkəzi Bankından da yan keçməyib.

Ümumiyyətlə, bu ölkənin 50 bankına sanksiya tətbiq edilib. 

Mike Pompeo deyib ki, 100-dən çox böyük xarici şirkət sanksiyalara görə İrandan sərmayələrini geri çəkiblər.

O bildirib ki, neft ixracı gündə bir milyon barelə düşüb və ölkənin əsas maliyyə mənbəyi məhdudlaşıb.

Bundan başqa, gözlənir ki, Brüsseldə yerləşən bütün dünya bankları arasında maliyyə kanalı olan SWIFT də İran bankları ilə əməkdaşlığını kəsəcək.

Avropa və Asiya ölkələrinə təsiri

İranla nüvə sazişinə sadiq qalan beş ölkədən Böyük Britaniya, Almaniya və Fransa sanksiyalara etiraz edib.

Onların vədinə görə, alternativ ödəmə sistemi yaradılacaq. Bu isə şirkətlərə ABŞ cərimələrinə tuş gəlmədən İranla "qanuni ticarət" aparmağa yardım edəcək.

Hərçənd bu yaxınlarda ABŞ rəsmisi Steven Mnuchin deyib ki, onlar sanksiyaları pozanlara qarşı sərt addım atacaqlar.

Ancaq Trump administrasiyası ad çəkməsə də, bəzi ölkələrin sanksiyalara əməl etməli olmadığını bildirib.

Güman edilir ki, bu ölkələr Türkiyə, Yaponiya, Hindistan, İtaliya, Cənubi Koreya və Çindir.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə