“Kütləvi çıxarış” kampaniyası (VİDEO)

“Kütləvi çıxarış” kampaniyası (VİDEO)
ƏMDK Sumqayıtda evlərə çıxarış verdi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “kütləvi çıxarış” kompaniyasının davamı olaraq noyabrın 5-də daşınmaz əmlakın qeydiyyatı ilə bağlı ictimai xidmətlər Sumqayıt şəhərində göstərildi. 

Sumqayıt şəhəri, 17-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən 2 yaşayış binasının sakinləri kampaniyanın fürsətlərindən istifadə etdilər. 

16 mərtəbəli, 180 mənzilli və tək girişli binada yaşayan vətəndaşlardan 110 nəfəri səyyar xidmət ofisinə müraciət etdi.

Sakinlərin 50-nə mənzillərinə dair hazır çıxarışlar təqdim olundu. Yaşayış binasında yaşayan digər 60 sakindən çıxarışların verilməsi üçün ilkin mülkiyyət sənədləri qəbul edildi.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə