Uşaqlarda nevroloji problemlər artır (VİDEO)

Uşaqlarda nevroloji problemlər artır (VİDEO)
Əsas səbələrdən biri anaların övladlarına biganəliyidir

Son illər uşaqlarda rast gəlinən nevroloji problemlər nəzərəçarpacaq dərəcədə artıb. Nervpotoloqların fikrincə, bunun əsas səbəbləri hələ hamiləlik dövründən başlayır. Xüsusilə anaların mobil telefon, kompüter və televizora aludəçiliyi gələcəkdə uşaqda bir sıra xəstliklər şəklində özünü biruzə verir.

Bu problemlər psixoloji çatışmazlıqlar şəklində də özünü göstərir. Xüsusilə uşaqların özünəqapanması, cəmiyyətdə adaptə problemləri yaşaması məhz valideynlərin, anaların övladı ilə sağlam əlaqələr qurmamasından yaranır.

Bunu nəzərə alan mütəxəssislər valideynlərin marifləndirilməsinin vacib hesab edirlər. Məhz bu məqsədlə bu gün "Anamın dünyasında mən" adlı tədbir keçirildi.

Uşaqların fiziki, psixi, nevroloji sağlıq durumu və cərrahi problemlərinə aid olan sualların nevroloq, pediatr, psixoloq və digər mütəxəssislər tərəfindən cavablandırıldığı tədbirdə 300-ə yaxın ana iştirak etdi.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə