Asanlaşdırılmış nəzarət sistemi (VİDEO)

Asanlaşdırılmış nəzarət sistemi (VİDEO)
Sabahdan AQTA idxalçı şirkətlərə bu sistemi tətbiq edəcək

Noyabrın 1-dən qida məhsulları idxal edən bir sıra şirkətlərə asanlaşdırılmış nəzarət sistemi tətbiq olunacaq.

Yəni daha aşağı riskli məhsulların laborator müayinəsi, ekspertizası və nəzarətə cəlb olunma tezlikləri daha uzun müddətli, daha yüksək riskli məhsullarınkı isə daha sıx tezliklə həyata keçiriləcək.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli idxalçı sahibkarlarla görüşə həsr olunan tədbirdən sonra jurnalistlərə açıqlamasında bildirdi.

Sədrin sözlərinə görə, bu imkan verəcək ki, sahibkarlar daha asanlıqla ölkəyə müxtəlif dünya dövlətlərindən qida məhsulları idxal edə bilsinlər.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə