“Yalançı” monitorlar (VİDEO)

“Yalançı” monitorlar (VİDEO)
Sərnişinlərə kömək etməli olan sistemin özü yardıma möhtacdır

2012-ci ildə Bakıdakı dayanacaqlarda 600-dən çox monitor quraşdırılıb. Amma bu monitorlar quraşdırılan gündən normal işləmədi. Əvvəllər keçmiş Nəqliyyat Nazirliyi nəzdində fəaliyyət göstərən Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin balansında olan qurğular sonradan Bakı Nəqliyyat Nazirliyinə verildi. Bu dəyişiklik də monitorların üzərindən qara pərdəni götürmədi. 

Hazırda Bakıdakı monitorların əksəriyyəti ümumiyyətlə işləmir. Halbuki, üstünü toz basan bu qurğular avtobus gözləyən vətəndaşlara yol göstərməli, onların köməyinə çatmalıdır. Amma indi monitorların özünə kömək lazımdır – üstünə illərdir hopan tozu, palçığı təmizləmək üçün. 

İşləyən monitorlar da var. Amma onlar da elə işləyir ki, işləməsə ondan yaxşıdır. Bu monitor hələ də Nəqliyyat Nazirliyinin, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin dövründə qalıb. Monitor Həsən Əliyev küçəsindəki dayanacaqda quraşdırılsa da, lokasiya olaraq Yeni Günəşli massivini göstərir. Bakını yaxşı tanımayan qonağı belə bələdçinin hara aparacağını təxmin etmək çətindir. 

Qeyd edək ki, monitorlar Nəqliyyat Nazirliyinin sifarişi ilə Cənubi Koreya şirkəti tərəfindən quraşdırılıb. Nə qədər çalışsaq da, bir monitorun dövlət büdcəsinə neçəyə başa gəldiyini dəqiqləşdirə bilmədik. Amma bu məbləğin 10 min manata yaxın olduğu bildirilir. 

Avtobus informasiya terminalı adlandırılan cihazlar avtobus dayanacaqlarında avtobusun gələcəyi zaman haqqında informasiyanın sərnişinlərə çatdırılması üçün nəzərdə tutulub.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, avtobus İnformasiya terminalları agentlik yaradılmazdan əvvəl quraşdırılıb. Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başlayan kimi şəhərin ümumi nəqliyyat sistemi ilə bağlı mövcud vəziyyəti təhlil edib, bir çox çatışmazlıqlar aşkarlanıb. Avtobus İnformasiya terminalları ilə bağlı nöqsanlar da üzə çoxob və onların təyinatı üzrə işləməsi üçün tədbirlər görülür.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə