Tələbələrin təqaüdləri artırılacaq

Tələbələrin təqaüdləri artırılacaq
Bu, ölkənin 2019-cu il üzrə dövlət büdcəsi zərfində əksini tapıb.

Gələn il Azərbaycanda tələbələrin təqaüdləri artırılacaq. Bu, ölkənin 2019-cu il üzrə dövlət büdcəsi zərfində əksini tapıb.

Sənəddə qeyd olunub ki, 2019-cu ildə ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdlərinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistrantlarının və doktorantlarının təqaüdü, ali məktəb tələbələri üçün Prezident təqaüdü, Prezidentin fərdi təqaüdü və fəxri adlara görə təqaüdün məbləği artırılacaq. Gələn il tələbə təqaüdlərinin ödənilməsinə ümumilikdə 189,5 milyon manat vəsait ayrılacaq. 

Eyni zamanda, dövlət büdcəsində Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs üçün 8 milyon manat vəsait ayrılması nəzərdə tutulub. 

Qeyd edək ki, gələn ilin dövlət büdcəsindən təhsil xərclərinə 2274,6 milyon manat vəsait ayrılıb ki, bu da 2018-ci ilə nisbətən 230,6 milyon manat çoxdur. (“Report”)

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə