4 saatlıq yolu indi 45 dəqiqəyə getmək mümkün olacaq

4 saatlıq yolu indi 45 dəqiqəyə getmək mümkün olacaq

REAL-ın məlumatına görə, Çində Honkonq muxtar regionu ilə Makao muxtar regionunu birləşdirən dünyanın ən uzun dəniz körpüsünün açılışı olub.

Açılışda Çin lideri Si Tsinpin də iştirak edib.

Honkonqun icra hakimi körpünün muxtar regionun gələcəkdə müxtəlif platformalarda inkişafına dəstək olacağını deyib.

Bu körpü Honkonqla Makaonu birləşdirən ilk magistraldır. Bununla əvvəl 4 saata qət olunan yolu indi 45 dəqiqəyə getmək mümkün olacaq.

Qeyd edək ki, uzunluğu 55 kilometr olan Honkonq-Makao körpüsünün tikilişi 10 ilə və 20 milyard dollara başa gəlib. Körpünün bir hissəsi dənizin dibindən keçir.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə