Qadınlar mübarizəyə qoşulur - Təmsilçilərimizin rəqibləri məlumdur

Qadınlar mübarizəyə qoşulur - Təmsilçilərimizin rəqibləri məlumdur

REAL-ın məlumatına görə, Macarıstanda keçirilən güləş üzrə dünya çempionatında bu gün qadın güləşçilər xalça üzərinə çıxacaq. Çəkisi 65 kiloqrama qədər olan idmançıların yarışında ölkəmizin idman şərəfini İrina Netryoba qoruyacaq. Netryoba debütdə Peru təmsilçisi Yanet Nino ilə qarşılaşacaq. Digər güləşçimiz Elis Manolova 68 kiloqramda İtaliyalıə Dalma Kaneva ilə üz-üzə gələcək. Səbirə Əliyeva isə ağırlığı 76 kiloqrama qədər olan rəqibləri ilə qarşılaşacaq. Həmyerlimiz Türkiyə bayrağı altında çıxış edən Yasəmin Adarla münasibətlərinə aydınlıq gətirəcək. 

Qeyd edək ki, mundialda qüvvəsini sınamış 10 sərbəst güləşçimizdən təkcə Cəbrayıl Həsənov mükafat qazanmağa müvəffəq olub. Ağırlığı 79 kiloqram olan Cəbrayıl finalda amerikalı Kayl Deykə uduzaraq dünya çempionatını gümüş medulla başa vurub. Bu nəticədən sonra Azərbaycan yığması komanda hesabında 11-ci yerdə qərarlaşıb. İlk üçlükdə ardıcıl olaraq birləşmiş ştatlar, Rusiya və Gürcüstan kollektivləri dayanır. 

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə