Sümüyü sızıldayan Müşfiq - VİDEO

Sümüyü sızıldayan Müşfiq - VİDEO
Mədəniyyət Nazirliyi məsələni nəzarətə götürdü

Xəbəri Haqqın az saytı yayıb. Əslən azərbaycanlı olan Rusiyalı milyarder Fərhad Əhmədova istinadən. Fərhad Əhmədov deyib ki, bir neçə il qabaq Azərbaycan hakimiyyətindən icazə alaraq 1970-ci illərdə güllələnmiş atası Teymur Əhmədovun qalıqlarlarının axtarışlarına başlayıb. Axtarış işlərinin aparılmasında ona “NKVD” və Bayıl türməsinin keçmiş "ölüm korpusunun" tibbi xidmətinin əməkdaşları kömək ediblər. Və elə onlar da Fərhad Əhmədova həm Mircəfər Bağırovun,həm də Mikayıl Muşfiqin burda dəfn olunduqlarını deyiblər. Biz uzun illər Mükayıl Müşfiqin Nargin adasında güllələndiyi və meyidinin dənizə atıldığıyla bağlı informasiyalarla böyümüş nəsilik. Həmişə ən böyük arzum bircə dəfə Nargin adasında olmaq olub. Və bunu bu yaxınlarda adanın bir neçə metrliyindən keçəndə ifadə etmişdim. 

İndi isə deyirlər ki, Müşfiqin qalıqlarını Nargində, və yaxud Xəzərin dibində yox, Butada axtarmaq lazımdır. Əgər Mikayıl Müşfiqi tədqiq edən Gülhüseyn Hüseynoğlu sağ olsaydı, yəqin onun fikirlərini öyrənmək hamıdan maraqlı olardı. Təəssüf, o haqqın dərgahındadır və ona görə biz Gülhüseyn Hüseynoğlunun oğlu Toğrul Abdullayevin fikirlərini öyrəndik. 

Bəs Gülhüseyn Hüseynoğlu öz tədqiqatlarında nəyə əsasən Müşfiqin məhz Nargində güllələnməsi qənaətinə gəlib? 

Yazıçılar Birliyinin sədr müavini Çingiz Abdulalyev də bu xəbərin doğru olmasını ürəkdən arzulayanlardandır. 

Mədəniyyət Nazirliyindən isə bildirdilər ki, Fərhad Əhmədovun Mİkayıl müşfiqin qalıqalrı ilə bağlı nazirliyə hər hansı müraciəti daxil olmayıb. lakin mediada bu haqda informasiya ayyıldıqdan sonra nazirlikdə məsələnin diqqətdə saxlanılması, araşdırılması üçün ciddi tapşırıq verilib. Sitat. Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidfdir. Bu il 110 illiyi dövlət səviyyəsində qeyd edilir. və onunla bağlı yayılan məlumat olduqca həssas mövzudur. Nazirlik onu da diqqətə çatdırı ki, məsələyə dair yekun sözü və məlumatın dürüstlüyü barədə hər hansı fikri yalnız mütəxəssislərin müvafiq araşdırmasından sonra söyləmək mümükündür.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə