“Gilan Holding” 3 Beynəlxalq Biznes Mükafatına layiq görüldü

“Gilan Holding” 3 Beynəlxalq Biznes Mükafatına layiq görüldü

“Gilan Holding” şirkəti müxtəlif nominasiyalar üzrə nüfuzlu Stevie Awards qalibi olub

REAL xəbər verir ki, Azərbaycan iqtisadiyyatının inkişafında xüsusi rolu olan “Gilan Holding” dünyanın ən nüfuzlu Beynəlxalq Biznes Müsabiqəsinin (İBA) qalibi olub. “Gilan Holding” 3 müxtəlif nominasiya üzrə Stevie Awards beynəlxalq biznes mükafatının sahibi olub. Qaliblərin adları 2 aydan çox davam edən müsabiqə sayəsində müəyyənləşib. Beynəlxalq Biznes Müsabiqəsinə 74 ölkədən 4 minə yaxın təşkilat və fərd tərəfindən müraciət daxil olub. Nəticədə “Stevie” mükafatının sahibləri 12 münsiflər komissiyasının tərkibinə daxil olan 270 şirkət rəhbərinin verdiyi qiymət nəticəsində müəyyənləşib.

Nəticələrə görə, “Gilan Holding” 15-ci Beynəlxalq Biznes Müsabiqəsində “İlin qadını”, “Avropada ilin korporativ sosial məsuliyyət proqramı” və “İlin kommunikasiya departamenti” kateqoriyaları üzrə “Stevie” Beynəlxalq Biznes Mükafatını qazanıb. Biznesmenlər arasında “İlin qadını” Gümüş mükafatı Azərbaycanda işguzar qadınlara örnək olduğuna görə “Gilan Retail” qrupunun rəhbəri Gülnar Həsənovaya təqdim olunub.

İkinci mükafat – Bürünc “Stevie” mükafatı “Cəmiyyətə, gənc insanlara və iqtisadiyyata töhfə” (“Comitted to community, young people and economy”) nominasiyası üzrə Avropada ilin ən yaxşı korporativ sosial məsuliyyət proqramı ilə fərqləndiyinə görə “Gilan Holding”ə təqdim olunub.

Qaliblərin mükafatlandırma mərasimi oktyabrın 20-də Londonda baş tutub. Qala-gecə Inter Continental London Park Lane otelində keçirilib. Mükafatları “Gilan Retail “ portfelinin rəhbəri Gulnar Həsənova və “Gilan Holding”-in Marketinq və Kommunikasiyalar şöbəsinin rəhbəri Fərid Məmmədov qəbul edib.

Qaliblər arasında “Gilan Holding”in yer alması və 3 mükafat sahibi olması təsadüfi deyil. 1987-ci ildən etibarən fəaliyyət göstərən “Gilan Holding” əsasən kənd təsərrüfatı, tikinti, turizm və pərakəndə sektorunda fəaliyyət göstərir. Qeyri-neft sektorunda iri layihələrə sərmayə yatıran şirkət daim müxtəlif yerli və beynəlxalq layihələrin keçirilməsinə dəstək olur, gənclərin inkişafına yardım göstərir, idman klublarının, stadionların və təsislərin qurulmasına kömək etməklə Azərbaycanda idman hərəkatının inkişafına töhfə verməyə çalışır. Korporativ Sosial Məsuliyyət konsepsiyası "Gilan Holding" fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Şirkət təkcə insanları yüksək standartlara cavab verən məhsulla təmin etmir, həm də Korporativ Sosial Məsuliyyət öhdəliyi olaraq hər bir yeni layihəsi ilə xeyli sayda iş yerləri yaradır və ölkə üzrə işsizliyin azalmasında iştirak edir. Ölkədə məşğulluğun artmasına və həmçinin tələbələrə dəstək olan şirkət bu sahədəki fəaliyyətinə görə ADA universiteti tərəfindən “Ən aktiv işəgötürən” (“Most Active Employer”) sertifikatı ilə təltif olunub.

İnşaat, turizm və sənaye sahələri üzrə dünya liderlərindən biri olmağı hədəfləyən “Gilan Holding” Azərbaycan məhsullarının istehsalını artırılması və dünya bazarında çıxarılmasını təmin edir. Biznesdəki uğurlarına görə şirkət ötən il “Business Times” jurnalı tərəfindən Azərbaycanda “İlin Holdinqi” seçilib. “Gilan Holding”in bu dəfə də Beynəlxalq Biznes Müsabiqəsinin qalibi olması, gümüş və iki bürünc mükafata layiq görülməsi şirkətin əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə