Rusiyalı deputat: “Xocalı soyqırımının günahkarları aparıcı vəzifələrdədirlər” - VİDEO

Rusiyalı deputat: “Xocalı soyqırımının günahkarları aparıcı vəzifələrdədirlər” - VİDEO

Xocalıda baş verənlər Azərbaycan xalqına qarşı törədilmiş soyqırımıdır və bu dəhşətli faciəyə görə günahkar olan şəxslər indiyə qədər cəzalandırılmalıyıblar.

Bunu Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev Kayseridə Xocalı parkının açılışı zamanı deyib. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Savelyev Xocalı soyqırımının dünyada tanıdılmasının vacibliyindən danışıb: “26 il əvvəl dəhşətli faciə baş verib. Azərbaycanın Xocalı şəhərində canilər mülki insanları – kişiləri, qadınları, uşaqları qətlə yetiriblər. 26 ildir ki, Rusiya və Türkiyə Azərbaycan xalqı ilə birgə Xocalı qurbanlarının xatirəsini yad edir. Bu, Azərbaycan xalqına qarşı törədilmiş soyqırım idi və bu dəhşətli faciəyə görə günahkar olan şəxslər indiyə qədər cəzalandırılmalıyıblar. 20-ci əsrdə bu cür dəhşətli faciələr, çox təəssüf ki, dünyanın digər bölgələrində də törədilib. Belarusun Xatın kəndində törədilən qətliamı yadınıza salmaq istəyirəm. Burada faşistlər kəndin bütün sakinlərini yandıraraq öldürüblər. Nürnberq məhkəməsi dinc insanları öldürməyə əmr verənlərə layiqli cəza verdi. Lakin Xocalıdakı dəhşətli faciənin günahkarları indiyə qədər yaşıyır və aparıcı siyasi vəzifələri tuturlar. Hörmətli həmkarlar, siz Xocalı faciəsinin bütün beynəlxalq platformalarda Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı kimi tanınması üçün əlinizdən gələni etməlisiniz. Kayseridə universitetlərdə oxuyan və burada iştiak edən əcnəbi tələblərə müraciət edirəm. Burada təhsilinizi başa vurduqdan və ölkənizə geri qayıtdıqdan sonra öz siyasətçilərinzə, parlament üzvlərinə Azərbaycanda 26 il əvvəl baş verən faciə barədə bildirin və onlar bunu Azərbayan xalqına qarşı soyqırım kimi qəbul etsinlər. Bu cür faciələr təkrarlanmamlıdır”.

Qeyd edək ki, oktyabrın 21-də Türkiyənin Kayseri şəhərində Xocalı parkinin açılışı olub.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə