Yüz minlərlə insan London küçələrinə çıxdı

Yüz minlərlə insan London küçələrinə çıxdı
Etirazçılar “Brexit” üzrə yeni referendum tələb edir

Londonun mərkəzində “Brexit” əleyhinə miqyaslı etiraz aksiyası başlayıb.

TASS-ın yaydığı məlumata görə, 100 mindən çox insan Birləşmiş Krallığın Avropa İttifaqının tərkibindən çıxması məsələsinə dair yeni referendum keçirilməsi tələbi ilə Britaniya parlamenti binasının ətrafına toplaşıb.

Aksiyanı təşkilatçısı “People's Vote” ictimai kampaniyasının məlumatına görə, nümayişə ölkənin müxtəlif bölgələrindən paytaxta gələn yarım milyona yaxın insan qatılıb. Aksiyaya Britaniyanın müxalif Leyborist partiyasını təmsil edən London şəhərinin meri, “Brexit”in əleyhdarı Sadiq Xan rəhbərlik edir.

Xatırladaq ki, Böyük Britaniya Avropa İttifaqını formal olaraq 2019-cu il martın 29-da tərk etməlidir. “Brexit”in şərtləri haqqında London və Brüssel arasında ötən ilin yayından başlayan danışıqlarda isə hələ də ciddi irəliləyiş əldə olunmayıb.

Böyük Britaniyanın Baş naziri Tereza Mey bir müddət əvvəl bildirib ki, britaniyalılar Avropa İttifaqının tərkibindən çıxmağa səs verməklə öz seçimlərini ediblər və ikinci referendum olmayacaq.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə