Nifrət zəminində törədilən cinayət (VİDEO)

Nifrət zəminində törədilən cinayət (VİDEO)
Rusiyanın Azərbaycandakı səfiri REAL-a Krımda törədilən qanlı hadisə barədə danışıb

Krım Muxtar Respublikasının Kerç şəhərində kollecə hücum edərək 21 nəfəri öldürən Vladislav Roslyakov cəmiyyətə qarşı nifrət zəminində belə bir addım atıb.

Bunu Krım İctimai Palatasının sədr müavini, politoloq Aleksandr Formançuk cinayəti şərh edərkən deyib.

O bildirib ki, Roslyakov uzun müddət əvvəl bu planı hazırlayıb, hətta, öz canı bahasına olsa da, bu plandan əl çəkməyib.

“Görünür o, hücum planını dəqiqliklə hazırlayıb, öz məqsədini gerçəkləşdirmək üçün ciddi şəkildə çalışıb. O, yaşadığı cəmiyyətə, dost çevrəsinə, birlikdə oxuduğu uşaqlara, kollecdə çalışan müəllimlərə nifrət bəsləyib. Məni təəccübləndirən isə onun bu cinayəti necə soyuqqanlıqla törətməsidir”, - politoloq Aleksandr Formançuk bildirib.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov REAL TV-yə eksklüziv müsahibəsində hadisənin dəqiq səbəblərinin istintaqdan sonra məlum olacağını deyib.

“Hazırda hadisə ilə əlaqədar istintaq gedir. Əlbəttə, çox ağır hadisədir. İstintaq başa çatdıqdan sonra düşünürəm ki, hadisənin baş vermə səbəbi ilə bağlı fikir bildirə biləcəyik. Baş sağlığına görə təşəkkür edirəm”, - səfir qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Vladislav Roslyakov adlı 4-cü kurs tələbəsi kollecdə partlayış törədib və qarşısına çıxanlara atəş açıb. Hadisə zamanı ölənlərdən 16-sı tələbədir. Atışma və partlayış nəticəsində 50-dən çox insan yaralanıb.

Cinayət qurbanlarının ailələrinə 1 milyon rubl məbləğində kompensasiya veriləcək.

Kerç polisi hadisəni ilkin olaraq terror aktı kimi araşdırmağa başlasa da, daha sonra baş verənlərin 2 və daha çox insanın öldürülməsi ilə nəticələnən cinayət aktı olduğu bildirilib. Cinayəti törədən şəxs daha sonra intihar edib.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə