200 milyon dollarlıq döyüş

200 milyon dollarlıq döyüş
Nurməhəmmədov-Meyvezer döyüşü gələn il reallaşa bilər

Amerikalı boksçu Floyd Meyvezer rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovun onu döyüşə açğırmasına cavab verib.

REAL-ın CNN-ə istinadən verdiyi məlumata görə, Floyd Meyvezer bu döyüşdən xeyli gəlir əldə etmək istədiyini deyib.

Həbibin təklifini qəbul etdikdən sonra amerikalı boksçu döyüşü təşkil etmək istəyən media qurumlarına belə deyib:

“Hesab dəftərinizi hazırlayın. Las Veqası yenidən gözəlləşdirək. Mən hər zaman özümün ağası olmuşam. Həbiblə döyüşün necə başa çatacağını bilmirəm. Ancaq istənilən halda nəticə yaxşı olacaq. Döyüşün qiyməti 110 milyon ilə 200 milyon dollar arasında ola bilər”.

O eyni zamanda bildirib ki, Həbib Nurməhəmmədovla döyüş 2019-cu ildə baş tuta bilər.

Floyd Meyvezer 2017-ci ildə Konor Maqreqorla döyüşüb və 10-cu raundda qalib gəlib. Amerikalı boksçu həmin döyüşdən 150 milyon dollar qazanıb.

Oktyabrın 14-də Həbib Nurməhəmmədov Floyd Meyvezeri döyüşə çağırıb: "Hə, Floyd! İndi döyüşməliyik. Mənim 27-mə qarşı sənin 50 qələbən. Məğlub olmayan iki adam. Hə, niyə də olmasın? Meşədə sadəcə bir kral var. O da əlbəttə ki, mənəm. Çünki sən Makqreqoru rinqə sala bilmədin, amma mən bunu asanlıqla bacardım", - deyə Həbib amerikalı boksçuya səslənib.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə