Türkiyənin özəl sənaye bölgəsinin ilk “Star”ı

Türkiyənin özəl sənaye bölgəsinin ilk “Star”ı
R.T.Ərdoğanın bu barədə qərarı "”Resmi gazete” yayımlanıb

Türkiyənin İzmir şəhərində SOCAR-ın “Star” neft emalı zavodunun yerləşdiyi ərazi Xüsusi Sənaye Zonası elan edilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə qərar qəbul edib.

Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyindən də qərarla bağlı açıqlama verilib:

“İzmir-Əliağada açılışı olan “Star” neft emalı zavodu Prezidentin qərarı ilə Türkiyənin ilk özəl sənaye bölgəsi elan edilib”.

“Star” neft emalı zavodunun açılışı dünən olub. Mərasimdə Azərbaycan və Türkiyə prezidentləri iştirak edib.

“Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen, və 160 min ton kükürd istehsal olunacaq.

“Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə