Rusiya MN: İŞİD Suriyada tamamilə darmadağın edilib

Rusiya MN: İŞİD Suriyada tamamilə darmadağın edilib

Suriyada üç il ərzində Rusiyanın dəstəyi ilə aparılan hərbi əməliyyatlar nəticəsində İŞİD terror təşkilatının dəstələri tamamilə darmadağın edilib.

Bunu şənbə günü Rusiyanın müdafiə naziri Sergey Şoyqu Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası və dialoq tərəfdaşlarının müdafiə nazirlərinin V müşavirəsində çıxışı zamanı deyib.

"Əməliyyatlar zamanı ümumilikdə 87,5 mindən çox yaraqlı məhv edilib, 1411 yaşayış məntəqəsi və Suriyanın 95 faizdən çoxu azad edilib", - deyə o bildirib.

Müdafiə naziri qeyd edib ki, Rusiya Hava-Kosmik Qüvvələri Suriya hərbi kampaniyası müddətində 40 mindən çox döyüş uçuşu edib və terrorçuların 122 min obyektini sıradan çıxardıb.

"Biz Suriyada zəngin döyüş təcrübəsi topladıq və onu bölüşməyə hazırıq", - deyə nazir əlavə edib.

Şoyqu BMT-nin statistikasını sitat gətirərək bildirib ki, müharibə səbəbindən Suriyanı 7 milyona yaxın insan tərk edib.

Bundan əvvəl İŞİD terrorçularının Suriyada 700 nəfəri girov götürdüyü xəbər verilmişdi. (Report)

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə